Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 20:07

Prezident ABŞ ticarət nazirilə görüşüb


Penny Pritzker

-

Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penny Pritzker ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə son vaxtlar Azərbaycanda gedən iqtisadi proseslərdən, işsizliyin aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən, gömrük və vergi sahələrində aparılan islahatlardan danışılıb.

Bundan başqa, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG