Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:15

John Kerry və Əliyev görüşdülər


-

ABŞ Dövlət Katibi John Kerry Vaşinqtonda Prezident İlham Əliyevlə görüşüb. Görüş əsnasında onlar bəyanatla çıxış ediblər.

"Bizim ölkələrimiz arasında ortaq maraqlar var. Biz Azərbaycana Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfələrə görə minnətdarıq”, – deyə Kerry bildirib.

Azərbaycanın mürəkkəb regionda yerləşdyini önə çəkən Kerry prezident Əliyevə Cənub Qaz Dəhlizi layihəsində sərgilədiyi liderliyə görə təşəkkür etdi. ABŞ rəsmisi bu dəhlizin Avropanın enerji təchizatında önəmli rol oynadığını bildirdi:

“Bizim başqa maraqlarımız da var – əks-terrorçuluq. Habelə biz Dağlıq Qarabağ dondurulmuş münaqişəsinin həll olunmasını görmək istəyirik . Bu, danışıqlar yolu ilə həll olunmalıdır.”

Öz növbəsində çıxış edən Prezident İlham Əliyev Vaşinqtona dəvətə görə prezident Barak Obama-ya təşəkkürünü bildirdi. Ölkələr arasında yaxın və mehriban münasibətlər olduğunu qeyd elədi:

"Bizim aramızdakı iqtisadi əməkdaşlıq inkişaf edir. ABŞ şirkətləri Azərbaycanda 10 milyarddan çox investisiya qoyublar.”

Daha sonra Prezident Əliyev ortaq enerji layihələri və Cənub Qaz Dəhlizinin inşası haqda danışdı:

“Biz ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında uzun münaqişənin həllində göstərdiyi səylərə görə, minnətdarıq. Biz hesab edirik ki, bu münaqişə erməni qüvvələrinin ərazilərimizdən dərhal və qeyd şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri əsasında həll edilməlidir.”

100-ə yaxın sülhməramlı əsgərlərinin Əfqanıstanda xidmət etdiyini önə çəkən İlham Əliyev Azərbaycanla ABŞ arasında bir sıra sahələrdə əməkdaşlıq olduğunu qeyd etdi.

Prezident İlham Əliyev bu həftə Vaşinqtonda keçirilən nüvə sammitində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG