Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Nazir yeni sərəncamdan danışdı


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

-

«Burada ciddi ixtisarların aparılmasından söhbət getmir. Söhbət mədəniyyət xidmətlərinin daha səmərəli, müasir və maraqlı aparılmasından gedir».

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, prezidentin bir gün əvvəl nazirliyin strukturunun təkmilləşdirilməsi haqda verdiyi fərmanı şərh edərkən onun müsbət tərəflərindən söz açıb:

«Elə şöbələr vardı ki, bir nəfərdən ibarət idi. İndi regionlar üzrə yaradılacaq şöbələrin prioritetləri müəyyənləşəcək. Həm mədəniyyət, həm də turizm xidmətlərinin göstərilməsi vəhdət şəkildə daha səmərəli təşkil ediləcək. Sözsüz ki, maliyyənin də səmərəli istifadə olunması, lazımsız xərclərə yol verilməməsi prioritet olaraq qalır. Hesab edirəm ki, gələn ilin əvvəlindən bütün regional idarələr tam tərkibdə fəaliyyətə başlayacaq».

Fərmana əsasən, nazirliyin 60-a qədər rayon və şəhər şöbələri ləğv olunacaq. Onların yerinə cəmi 15 regional idarə yaradılacaq.

Müstəqil iqtisadçılar düşünürlər ki, bu fərman ölkənin sırf qənaət sisteminə keçməsindən irəli gəlir.

Bundan 11 gün əvvəl isə prezidentin başqa bir sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

Daha əvvəl də 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Onların bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi yaradılmışdı.

XS
SM
MD
LG