Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 03:17

Trump-ın qərargah rəhbəri saxlanıb


Corey Lewandowski (solda) və Donald Trump

-

ABŞ-da respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın seçki qərargahının rəhbəri saxlanıb. O, təhqiredici hərəkətə yol verməkdə ittiham olunur.

“Breitbart” dərgisinin reportyoru Michele Fields Corey Lewandowski-ni onun qolunu burmaqda ittiham edir. Jurnalist mətbuat konfransını bitirən Trump-a sual vermək istəyirmiş.

Fields polisə insidentdən üç gün sona müraciət edib, əlindəki qançır yerini göstərib və deyib ki, Lewandowski onu kobudcasına namizəddən uzaqlaşdırmağa çalışıb.

Donald Trump daha öncə demişdi ki, Fields bu məsələni uydurur. Ancaq insidentin videogörüntüsü yayılandan sonra o elan edib ki, qərargah rəhbərinin xidmətindən imtina etmir, çünki “adamları atmır”.

Lewandowski -nin vəkilləri onun günahsız olduğunu deyirlər.

XS
SM
MD
LG