Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:22

Qeyri-neft sektorunun payı kiçikdir


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) əsas fəaliyyəti özəl sektorun inkişafına yönəlib».

APA-nın xəbərinə görə, bunu bankın Şərqi Avropa və Qafqaz ölkələri üzrə baş direktoru Francis Malige deyib.

Baş direktorun bildirməsinə görə, qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatında payı kiçikdir. «EBRD Xəzər dənizində neft və qaz layihələrinin maliyyələşdirilməsinə kömək edir. Çünki inanırıq ki, bu, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Azərbaycan üçün daha çox əhəmiyyətə malik layihə isə Gürcüstanla sərhəddə yolların bərpası ilə bağlı ola bilər. Bu yol Çindən Avropaya mal daşınan «İpək yolu» ticarət marşrutunun bir hissəsidir. Biz hal-hazırda bu layihə ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq. Hələ ki, heç bir qərar qəbul etməmişik», - deyə F.Malige bildirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi ilə yaradılıb. Bankın Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədi ilə yaradıldığı bildirilir.

Azərbaycan hökuməti 1995 ildən başlayaraq EBRD ilə sıx münasibətlər qurmağa başlayıb. 1995-1997-ci illər arasında ümumi dəyəri 252 milyon dollar təşkil edən 7 kredit müqaviləsi imzalanıb. Azərbaycan sonrakı illərdə də bu bankdan irihəcmli kreditlər alıb.

XS
SM
MD
LG