Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

Məktəbi qurtarıblar, yazıb-oxuya bilmirlər


Məktəb
Məktəb

-

Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticəsində acınacaqlı hal aşkarlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya bildiriblər ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər var, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkarlanıb:

«Belələri, 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb. Belə şagirdlərin 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır», - deyə komissiyanın məlumatında qeyd edilir.

XS
SM
MD
LG