Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 03:02

Palmirada 150 mina zərərsizləşdirilib


Palmira

“İslam Dövləti” qrupundan azad edilmiş qədim Palmira şəhərində 150 mina zərərsizləşdirilib.

Bu barədə martın 29-da Suriya rəsmiləri məlumat yayıb.

Suriyanın qədim abidələr və muzeylər idarəsinin rəhbəri Mamun Əbdülkərim Palmirada ikigünlük iş aparan texniki heyətin artıq Dəməşqə döndüyünü deyir.

Suriya ordusu şəhəri martın 27-də azad edib.

Palmira ötən ilin mayından "İslam Dövləti" qrupunun nəzarətində idi.

Əbdülkərim bildirib ki, komanda ziyan dəymiş abidələrin fotolarını çəkib.

Amma bir sıra çətin yerlərə hələ ki, baş çəkə bilməyib.

Suriya KİV-lərinin məlumatına görə, hərbi təyyarələr “İslam Dövləti” qrupunun Palmiranın şərqindəki mövqelərini bombalayıblar.

Əsas hədəf nəqliyyat vasitələri olub.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

XS
SM
MD
LG