Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:29

Palataya sədr müavini təyin edildi


İlham Əliyev

-

Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.

N.Məmmədova 1973-cü ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və ABŞ-da Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Mərkəzi Bankın bir sıra səlahiyyətləri bu yeni yaradılan quruma verilib. Yeni qurum qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılmasını həyata keçirir.
Prezidentin bu ayın 10-da verdiyi başqa bir sərəncamla Rüfət Aslanlını bu quruma sədr təyin etmişdi.

XS
SM
MD
LG