Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 00:27

Olimpiya çempionu Təhlükəsizlik Xidmətində

 Elnur Məmmədli
Elnur Məmmədli

-

Pekin Olimpiadasının (2008-ci il) cüdo üzrə qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb. Xəbəri avtosfer.az saytı yayıb.

Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gün əvvəl işdən azad olunub. Bunu çalışdığı idarədən də təsdiq ediblər.

E.Məmmədlinin artıq yeni işlə təmin edildiyi də qeyd edilir. Onun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) mühüm vəzifəyə təyin olunduğu söylənilir.

E.Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi kapitan idi.

This item is part of
XS
SM
MD
LG