-
Bu qış havanın qeyri-adi dərəcədə isti keçməsi Şimal Buzlu Okeanının buz qatını rekord səviyyədə əridib. Məlumatı ABŞ alimləri martın 28-də yayıb.
Martın 24-də buz qatı 5.607 milyon kvadratmilə çatıb ki, bu da ötən qışdakından 5 min mil azdır. 30 illik orta səviyyədən isə 431 min kvadratmil kiçikdir.
Hava elə isti keçib ki, Rusiya ilə ABŞ-ın Alyaska ştatı arasında yerləşən Barens dənizi qışın əksər hissəsi, demək olar ki, buzsuz qalıb. Bu da qeyri-adi hal sayılır.
Peyklər buzu ölçməyə 1979-c ildən başlayıblar. Rekord səviyyə də o vaxtdan hesablanır.
Şimal Qütbündə temperatur Farenheyt şkalası ilə normadan 16 dərəcə isti olub. Arktikanın digər hissələrində isə normadan 4-11 ºF dərəcə artıq istilik qeydə alınıb.
NASA alimləri bildirirlər ki, buzun belə əriməsi qlobal istiləşməylə bağlıdır.