Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 23:21

Filippində indoneziyalılar oğurlanıb


Arxiv fotosu

-

Filippinin cənubunda Tayvana məxsus yedək gəmisinin 10 indoneziyalı heyət üzvü oğurlanıb. Onları şübhəli islamçı yaraqlıların oğurladığı bildirilir. Məlumatı martın 29-da İndoneziyanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirlik deyir ki, Al-Qaeda-ya bağlı Abu Sayyaf terrorçu qrupu həmin şəxsləri dənizdə girov götürüb. Yedək gəmisi İndoneziyadan Filippinə gedirmiş. Gəmi sonradan tapılıb.

Filippində bəzi terror hücumlarında, xaricilərin oğurlanmasında Abu Sayyaf qrupu ittiham olunub. Yaraqlıların hazırda azı 5 əcnəbini girov kimi saxladığı güman olunur.

Onlar əsirlərdən üçünün başını kəsməklə hədələyiblər. Martın 8-dən bəri hökumətə bir ay vaxt veriblər ki, girovlardan hər biri üçün 21.2 milyon dollar ödəsin.

XS
SM
MD
LG