Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 23:39

Seksist və homofob danışanlar kimlərdir?


Moldovada anti-seksist nümayiş

-

MGM bloqundan
MGM bloqundan

Leyla Həsənova, Leyla Cəfərli və Məsumə Əhədova "Mətbuatın gender monitorinqi" (MGM) adlı könüllü bloq açıblar.

Mətbuatda və sosial mediada, harada ziyalı, intellektual kimi tanınan şəxslərin yazı və şərhlərində seksist və homofob dil və fikirlərlə rastlaşsalar, həmin bloqa daxil edirlər.

Deyirlər ki, məqsədləri Azərbaycan mətbuatındakı və sosial mediadakı seksist, homofob dil və yayımları aşkarlamaq, ictimailəşdirmək və onlarla mübarizə aparmaqdır. Bu bloq həm də həmin seksist və homofob yayımlarn arxivi rolunu oynayır.

Bloqun tanıtımında deyilir: "Jacques Lacan başda olmaqla bir çox psixoanalitik və filosofun da göstərdiyi kimi: yetkinlik və düşüncə; mentalitet və mədəniyyət- hamısı dildən başlanır. Elə isə zəhmət çəkib əvvəlcə dilimizi təmizləməliyik."

Açıldığı qısa vaxt ərzində artıq bir neçə tanınmış şəxs və qurum seksist və homofob bəyanatlarına görə MGM bloquna düşüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG