Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Dəm qazından növbəti ölüm


Arxiv fotosu
Arxiv fotosu

Lənkəran rayonunda dəm qazından bir qadını öldüyü bildirilir. APA agentliyi bu xəbəri Lənkəran rayon polis şöbəsinə istinadən yayıb.

Hadisə, rayonun Xarxatan kəndində qeydə alınıb.

Kənd sakini, Vüsalə Hüseynovanın evində meyiti aşkarlanıb. Onun, dəm qazından zəhərlənərək öldüyü güman edilir. Faktla bağlı araşdırma aparılır.

Bir gün əvvəl Xaçmaz rayonunda da dəm qazından ölüm hadisəsinin baş verdiyi bildirilirdi.

Azərbaycanda qış aylarında tez-tez dəm qazından ölüm halları baş verir. Mediada yazılanlara görə, təkcə mart ayında Azərbaycanda dəm qazından 15-dən çox şəxs zəhərlənərək vəfat edib. Ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev də dəm qazından boğulub ölmüşdü.

XS
SM
MD
LG