Keçid linkləri

2026, 16 Sentyabr, çərşənbə, Bakı vaxtı 01:18

Kür və Arazın ekoloji problemləri

Arxiv fotosu
Arxiv fotosu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə vəziyyəti ilə bağlı monitorinqin nəticəsini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, Gürcüstan və Ermənistan ərazilərindən bu çaylara məişət tullantıları, sənaye müəssisələrinin çirkab suları axıdılır.

Məlumatda həmçinin qeyd edilir ki, Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır:

«Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.5, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə qatılıq həddini keçib» - deyə məlumatda bildirilir.

Monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3.6, I Şahsevəndə 3.4, Bəhramtəpədə isə 3.3 dəfə normadan çoxdur.

This item is part of
XS
SM
MD
LG