Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

Taliban hakimi güllələyib


Əfqanıstanda təhlükəsizlik qüvvələri, arxiv fotosu

-

Taliban yaraqlıları Əfqanıstanın şərqində vilayət hakimini güllələyiblər.

Qəzni vilayət valisinin sözçüsü martın 27-də deyib ki, Mohammad Anwar Rahmani bir gün öncə qonşu Vardak vilayətində pusquya salınıb və güllələnib.

Rahmani Kabildən Qəzniyə gedirmiş.

Taliban qətlə görə məsuliyyəti üzərinə götürüb.

Əfqanıstanda ədliyyə rəsmiləri tez-tez Talibanın hədəfinə çevrilir.

Qəzni və Vardak vilayətlərinin böyük hissəsinə nəzarət edən yaraqlılar təhlükəsizlik qüvvələrinə hücumları artırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG