Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:58

Səudiyyədən İrana çağırış


Adel al-Jubeir

-

Səudiyyə Ərəbistanının Xarici işlər naziri Adel al-Jubeir İranı çağırıb ki, ikitərəfli münasibətlərin normallaşmasından ötrü “davranışını” dəyişsin.

Jubeir martın 27-də ər-Riyadda danışıb. Onun sözlərincə, Səudiyyə Tehranla “sülh münasibətləri istəyir” və 30 ildən artıq bir müddətdə daha sıx münasibətlər qurulmasına çalışsa da, “əvəzində heç nə almayıb”.

Yanvarda Səudiyyə Tehranla diplomatik münasibətləri kəsib. Səbəb Tehrandakı Səudiyyə səfirliyinə kütləvi hücum olunması idi. Ər-Riyad İranı Yəməndə şiə husi yaraqlılarını dəstəkləməkdə ittiham edir. Səudiyyə isə Suriyadakı üsyançıları dəstəkləyir, ancaq Tehran Prezident Bashar al-Assad rejiminə açıq dəstək verir.

XS
SM
MD
LG