Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:18

Bakı metrosuna girən İlyevskiy kimdir?


Bakı metrosu
Bakı metrosu

Martın 25-də Bakı metrosunda saxlanılan Belarus vətəndaşı Sergey İlyevskiyə, hələlik, ittiham irəli sürülməyib. Belarusun Azərbaycandakı səfirliyi məsələni gündəmdə saxlayır.

“Report”-un xəbərinə görə, bunu Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironchik bildirib. Onun deməsinə görə, səfirlik Belarus vətəndaşının tutulması barədə dərhal məlumatlandırılıb. Səfirlik işçiləri saxlanan şəxslə görüşüblər. O, tərcüməçi və vəkil xidmətləri ilə təmin edilib.

HAVALANDIRMA SİSTEMİNİN BORUSU İLƏ...

Martın 25-i saat 01.30-da Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları Belarus vətəndaşı Sergey İlyevskiyi saxlamışdılar. S.İlyevskiyin Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyərkən saxlanıldığı deyilirdi.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilirdi ki, hadisə yerindən qapı açarı, əlcək, alın fənəri, iki kəndir, 10 ədəd boya balonu və rəng püskürən 12 balon başlığı götürülüb. Bundan başqa hadisə yerindəndayaqlı fotoaparat və başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürüldüyü də bildirilirdi. Habelə, S.İlyevskiyin üzərindən Tbilisi, Yerevan metrolarının stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlandığı qeyd edilirdi.

Məlumatda həmçinin bildirilirdi ki, ilkin araşdırmada Belarus Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları da yaxından iştirak ediblər.

S.İlyevskiy ifadəsində isə deyib ki, havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə girib, divarlara qrafiti üslubda rəsmlər çəkmək istəyib (?).

Məlumatda qeyd edilirdi ki, S.İlyevskiy bu il martın 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana gedib. Martın 23-də isə yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG