Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Ə. Həsənov yanan binaya baş çəkib


Əli Həsənov
Əli Həsənov

Martın 27-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Novxanı istirahət bazasına baş çəkib.

Komitənin saytı bildirir ki, O, həmin binada baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

Binəqədi rayonu Sarıqaya massivindəki Novxanı istirahət bazasında Qubadlı rayonundan olan 14 məcburi köçkün ailəsi məskunlaşıb. Bir müddət öncə orada yanğın baş vermişdi.

Nəticədə binanın dam örtüyünün 1200 kvadratmetr sahəsi yanmışdı. Lakin mənzillərə ciddi ziyan dəymədiyi bildirilir.

Komitə bildirir ki, hadisədən sonra Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri məcburi köçkünlərə kömək göstəriblər. Təmir işləri başa çatanadək müvəqqəti qalmaları üçün onlara iki aylıq kirayə haqları verilib.

Komitə həmçinin bildirir ki, Əli Həsənov məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Əli Həsənov deyib ki, yanğının baş vermə səbəbləri ilə bağlı ciddi araşdırma aparılır. O qeyd edib ki,əsaslı təmir işləri qısa müddətdə başa çatacaq.

XS
SM
MD
LG