Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:33

F.Qəhrəmanlının 2 vəsatəti təmin olunmadı


Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının Baş prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi iki vəsatət təmin edilməyib.

Bu haqda siyasətçinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Trend-in xəbərinə görə, vəkil bildirib ki, vəsatətlər istintaqın yekunlaşması, F.Qəhrəmanlının mobil telefonu və şəxsi komputerinin ailəsinə qaytarılması ilə bağlıdır:

"Biz Fuad Qəhrəmanlı ilə bağlı istintaqın yekunlaşaraq məhkəməyə göndərilməsi və o həbs edilən vaxt evindən götürülən komputer, şəxsi mobil telefonunun ailəsinə qaytarılması barədə vəsatət vermişdik. İstintaq isə vəsatətləri məqbul saymayıb və rədd edib. Rədd qərarından Başprokurorluğa və aidiyyəti məhkəmə orqanına şükayət veriləcək" - deyə vəkil bildirib.

F.Qəhrəmanlının səhhəti və saxlanma şəraitindən narazılığının olmadığını deyən vəkil onun özünü normal hiss etdiyini deyib.

Fuad Qəhrəmanlı "facebook" səhifəsində yazdığı statuslara görə,ötən il, dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG