-
Yunayted Kredit Bankın Mərkəzi Bankla (MB) məhkəmə çəkişməsi davam edir. Bu bank iflas prosedurunun başladılmasını istəyən Mərkəzi Bankın iddiası üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib
«Report»un xəbərinə görə, Yunayted Kredit Bankın şikayətinə martın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Yunayted Kredit Bankın lisenziyasını ləğv edən Mərkəzi Bank məhkəməyə müraciət edərək onun iflas prosedurunun başlanmasına qərar verilməsini istəmişdi. Məhkəmə də bu istəyi təmin etmişdi.
Yunayted Kredit Bank həmin məhkəmə qərarının dəyişdirilməsini tələb edir.
Mərkəzi Bank yanvarda Yunayted Kredit Bankın lisenziyasını ləğv edərək ona müvəqqəti inzibatçı təyin edib.
Bu il Mərkəzi Bank ümumilikdə 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin – «NBC Bank»ın lisenziyası bərpa olunub.