-
ABŞ prezidenti Barack Obama və NATO-nun baş katibi Jens Stoltenberg özünü «İslam Dövləti» adlandıran qruplaşmayla mübarizə yollarını müzakirə etmək üçün yaxın günlərdə görüşəcəklər.
Görüş Ağ evdə aprelin 4-də keçiriləcək.
Bundan başqa onlar miqrasiya böhranı, iyulda keçiriləcək NATO sammiti qarşısında duran vəzifələr və bu hərbi-siyasi birliyin Şərqi Avropada möhkəmləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Bu barədə xəbəri Ağ ev yayıb.