Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:50

Stadionda partlayış: 41 ölü

Foto illüstrasiya
Foto illüstrasiya

-

Martın 25-də İraqda futbol stadionunda baş verən partlayışda ölənlərin sayı arta bilər.

İraq rəsmiləri bildiriblər ki, ölənlərin sayı 41-ə çatıb, 105 adam yaralıdır.

Özünü «İslam Dövləti» adlandıran qruplaşma Bağdadın 50 kilometrliyində, Əl-İskəndəriyyə şəhərində partlayış törədib.

Yerli yarış bitəndən sonra rəsmilər mükafatları oyunçulara vermək istəyəndə, terrorçu-kamikadze özünü partladıb.

Sosial mediada yayılmış videoda görülür ki, rəsmilər stolun arxasında dayanıb oyunçulara mükafatı vermək üçün onların adlarını çəkirlər və bu zaman partlayış baş verir.

Ölənlər arasında 10-16 yaşında 17 oğlan da var.

This item is part of
XS
SM
MD
LG