Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:04

Pakistan və İran sənədlər imzaladılar


Nawaz Sharif və Hassan Rohani
Nawaz Sharif və Hassan Rohani

-

Martın 25-də Pakistana gedən İran prezidentinin səfəri zamanı iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək və bunun üçün sərhəd keçidləri açmaqla bağlı razılığa gəlinib.

İslamabadda görüşlər keçirən İran prezidenti Hassan Rohani Pakistanın baş naziri Nawaz Sharif-lə danışıqlar aparıb.

Danışıqlardan sonra prezidentlər ticarət və iqtisadiyyata dair razılaşmaların, o cümlədən Beşillik Ticari Əməkdaşlıq Strategiyası Planının imzalanmasına şahidlik ediblər.

N.Sharif deyib ki, İrana qoyulmuş sanksiyalar zamanı ticarət əlaqələri zərər görüb: «Biz razılaşdıq ki, ticarət, iqtisadiyyat və enerji sahələrində birbaşa əlaqələri gücləndirək».

H.Rohani son 14 ildə Pakistana rəsmi səfər edən ilk İran rəhbəridir. Onu neft, enerji və sənaye üzrə hökumət üzvləri müşayiət edir.

H.Rohani bildirib ki, iki ölkə arasında azad ticarət yolları ilə bağlı da müzakirələr aparıb.

İran rəsmiləri onu da demişlər ki, Pakistanın Tehranla onun regional rəqibi Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi də Rohani-nin səfəri zamanı müzakirə mövzusu ola bilər.

H.Rohani martın 26-da prezident Mamnoon Hussain-lə görüşəcək.

İran prezidenti Pakistana səfəri ərəfəsində demişdi ki, qonşularla və İslam dünyası ilə konstruktiv münasibətlər onların xarici siyasətində prioritetlərdən biridir.

Pakistanın ABŞ və Səudiyyə Ərəbistanı ilə sıx əlaqələri var. 1980-ci illərdə İslamabad və Tehran müxtəlif qruplarda Əfqanıstanda Sovet İttifaqına qarşı döyüşüb.

Pakistan bu il Səudiyyə Ərəbistanın müsəlman dünyasında terrorizmlə mübarizə aparmaq üçün yaratdığı koalisiyaya qoşulub, ancaq hələ ki, alyansa qoşun göndərməyib. İran və onun regional müttəfiqi Suriya bu təşəbbüsə qarşı çıxıb.

XS
SM
MD
LG