Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:52

Müstəntiq ağır yol qəzasına düşdü


Polis
Polis

-

Martın 25-də Neftçala rayonu, Xıllı qəsəbəsində «Mercedes» markalı minik avtomobili ilə «Kamaz» markalı yük maşını toqquşub. Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Xəbərə görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü 58 yaşlı Məlahət Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri M.Mehdiyevanın cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatın gecə saat 22:55-də başa çatdığı qeyd edilir.

M.Mehdiyeva Neftçala rayon Polis İdarəsinin müstəntiqi idi.

XS
SM
MD
LG