Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 12:13

Göyçayda 5 uşaq atası özünü asıb?


-

Göyçay rayonunda 48 yaşlı Nizaməddin Qəribovun özünü asdığı bildirilir.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 48 yaşlı Nizaməddin Əliyar oğlu Qəribovun yaşadığı evdə kəndirdən asılmış meyiti aşkarlanıb. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Nizaməddin Qəribovun 5 uşaq atası olduğu deyilir.Ölümün səbəbləri ilə bağlı isə, kələlik, ətraflı izahat verilmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu araşdırma aparır.

XS
SM
MD
LG