Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Özünü yandıran sürücü ilə bağlı açıqlama


Foto illüstrasiya
Foto illüstrasiya

-
Gəncə şəhərində Nəzər Məmmədəliyevin özünü yandırması ilə əlaqədar hüquq-mühafizə orqanları açıqlama veriblər.

Gəncə şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan APA-ya bildiriblər ki, faktla bağlı CM-nın 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işi başlanıb.

Açıqlamada deyilir: «İlkin araşdırma zamanı müəyyən edilib ki, martın 24-də saat 21:30 radələrində N.Məmmədəliyev idarə etdiyi VAZ-2102 markalı avtomobili ilə «dayanmadan keçmək qadağandır» yol nişanının tələbini pozub. Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti əməkdaşları onu saxlayıb. N.Məmmədəliyevin sərxoş vəziyyətdə avtomobili sürdüyü müəyyən edildiyindən o, Gəncə rayonlararası narkoloji dispanserinə aparılaraq orada müayinədən keçirilib».

Hüquq-mühafizə orqanlarının bildirməsinə görə, müayinədən sonra onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib. İdarə etdiyi avtomobil Gəncə Dövlət Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılıb.

«Bundan sonra N.Məmmədəliyev əşyalarını götürmək adı ilə maşına yaxınlaşıb və salondan plastik qabda olan yandırıcı məhlulu götürüb, üzərinə tökərək özünü yandırıb. Orada olan polis əməkdaşlarının səyi ilə alov söndürülüb . N.Məmmədəliyev Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib», -deyə açıqlamada bildirilir.

Səhər yerli saytlarda yayılan xəbərlərdə isə N.Məmmədəliyevin polisə etiraz olaraq özünü yandırdığı bildirilirdi.

Baş verənlərlə bağlı Nəzər Məmmədəliyevin özünün və ya ailə üzvilərinin mövqeyi isə, hələlik, bəlli deyil.

XS
SM
MD
LG