Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:53

Qazaxıstanda hökumət dəyişmədi

Karim Masimov
Karim Masimov

-

Qazaxıstan parlamentinin aşağı palatası Baş nazir Karim Masimov hökumətinə səs verib.

Martın 25-də keçirilən səsvermə parlament seçkilərindən sonra konstitusiya proseduru idi.

Prezident Nursultan Nazarbaev hökumət dəyişikliyinə ehtiyac görmədiyini söyləmişdi.

Prezidentin «Nur Otan» Partiyası 20 mart seçkisində səslərin 82.2 faizini toplayıb və parlament çoxluğunu saxlayıb.

Nazarbaev-ə müttəfiq iki digər partiya isə parlamentə keçmək üçün vacib sayılan 7 faizlik baryeri aşıb.

ATƏT Qazaxıstanın demokratik seçki standartlarına uyğunlaşmaqdan ötrü böyük yol getməli olduğunu vurğulayıb.

This item is part of
XS
SM
MD
LG