Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 10:22

Suriya sülh danışıqlarını irəli aparacaqlar


Sergei Lavrov (sağda) və John Kerry, 24 mart, 2016-cı il

-

ABŞ Dövlət katibi John Kerry deyir ki, Birləşmiş Ştatlar və Rusiya Suriyada beşillik müharibəni bitirməkdən ötrü danışıqları irəlilətməyə razılaşıblar.

Kerry martın 24-də Kremldə birgə mətbuat konfransında danışıb. O, rusiyalı həmkarı Sergei Lavrov və Prezident Vladimir Putin-lə görüşüb.

Onun sözlərinə görə, ABŞ və Rusiya razılaşıblar ki, Suriya Prezidenti Bashar al-Assad “düzgün olanı etməli” və sülh danışıqlarına qatılmalıdır. Danışıqlar Assad-ın taleyi məsələsinə görə düyünə düşüb.

Kerry deyir ki, Vaşinqtonla Moskva avqustadək Suriya üçün yeni konstitusiya hazırlanmasına razılaşıblar.

Lavrov bildirib ki, Moskva Suriyada siyasi keçidə tərəfdardır, ancaq bu, hökumətlə müxalifətin “qarşılıqlı razılaşması”na əsaslanmalıdır.

Martın 24-də Cenevrədə Suriya danışıqları bitib. BMT-nin elçisi Staffan de Mistura deyib ki, hökumət və müxalifət qüvvələrinin mövqeyində xeyli ortaq məxrəc aşkarlayıb.

XS
SM
MD
LG