Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 07:55

Son həftə yol qəzalarında 15 nəfər ölüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bayram tətilində Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, martın 19-dan 25-dək ölkənin yollarında 51 qəza qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Qeydə alınmış yol qəzalarından 11-i piyadaların vurulması ilə bağlı olub. Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Bayram günlərində 62 min sürücünün yol hərəkəti qaydalarını pozması müəyyən edilib. Həmin qayda pozuntularından 40 minə yaxını sürət həddinin aşılması ilə bağlıdır.

K.Əliyev rayonlara gedən və qayıdan sürücüləri diqqətli olmağa, sürət həddini aşmamağa çağırıb.

XS
SM
MD
LG