Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:06

General şikayət verib


Qobustan həbsxanası.
Qobustan həbsxanası.

-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov apellyasiya şikayəti verib.

«Report»un xəbərinə görə, o, həbs müddətinin uzadılmasına dair Səbail rayon Məhkəməsinin qərarına etiraz edir.

Bakı Apellyasiya Məhkəməsində bu şikayətə martın 28-i, hakim Vaqif Mursaqulov baxacaq.

Martın 7-də Səbail rayon Məhkəməsində S.Qurbanovun həbs müddəti 4 ay uzadılıb.

Baş Prokurorluğun məlumatına görə, ləğv edilən MTN-in 21 sabiq əməkdaşı haqqında cinayət işi başlanıb. 19 nəfər həbs edilib, 1 nəfərdən başqa yerə getməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb. 1 nəfər isə axtarışa verilib.

57 nəfər şəxs də işdə zərər çəkmiş qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

S.Qurbanov ötən ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilir.

Ötən il prezident MTN-i ləğv edib. Onun bazasında iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

XS
SM
MD
LG