Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:17

Azərbaycanlıların pulu Gürcüstana axır


Tbilisi
Tbilisi

-

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2015-ci ildə azərbaycanlılar bu ölkənin iqtisadiyyatına 540 milyon ABŞ dolları investisiya yatırıb. virtualaz.org saytı xəbər verir ki, bu, həmin ölkənin iqtisadiyyatına yatırılan birbaşa investisiyaların, az qala, yarısını - 40 faizindən çoxunu təşkil edir.

Azərbaycanlıların Gürcüstan iqtisadiyyatına bu cür rekord həcmdə yatırım qoymaları ölkədəki münbit iqtisadi şəraitlə əsaslandırılır.

Xidmətin məlumatına görə, Azərbaycandan Gürcüstana investisiya axını 2012-ci ildən sürətlə artmaqdadır. Ötən il isə Azərbaycanda yaşanan iki devalvasiya və bundan irəli gələn valyuta axını bu mənzərənin yaranmasına səbəb olub.
Bildirilir ki, azərbaycanlılar pulları Gürcüstanda maliyyə sektoruna, energetikaya, otel biznesinə və nəqliyyat layihələrinə yatırıblar. Habelə, investisiyaların bir hissəsi tikinti sektoruna gedib.

XS
SM
MD
LG