-
Azərbaycan Milli Məclisinin yaz sessiyasında növbəti üç plenar iclasının tarixləri təsdiqlənib.
APA-nın xəbərinə görə, növbəti üç iclas aprelin 5-i, 15-i və 26-da keçiriləcək.
Aprelin 5-də keçiriləcək iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) hesabat verəcəyi gözlənilir. Digər iki iclasın gündəliyi isə hələlik müəyyənləşməyib.
İnsan Hüquqları üzrə Müvəkkilin hələ martın 4-də hesabat verəcəyi gözlənilirdi.