Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:59

Gürcüstanda azərbaycanlılar üçün məktəb


Məktəb
Məktəb

-

Martın 22-də azərbaycanlıların Gürcüstanda kompakt yaşadığı Saqareco rayonunda Yor Muğanlı orta məktəbinin açılışı olub.

APA-nın xəbərə görə, Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze, baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri Zaur Darğallı açılışa qatılıblar.

Yor Muğanlı orta məktəbinin müəllimi İsmixan Məmmədov yeni binanın müasir standartlara cavab verdiyini deyib: «Məktəbdə 12 sinif otağı var. Siniflər yeni parta və yazı lövhələri, kompüterlərlə təmin olunub, istilik sistemi quraşdırılıb.Məktəbdə 60-dək müəllim 1200 şagirdə dərs deyəcək. Əvvəllər məktəb kirayə tutulmuş şəxsi evlərdə fəaliyyət göstərirdi. Yeni istifadəyə verilən məktəbdə Yor Muğanlı və Keşəli kəndlərindən gələn şagirdlər təhsil alacaq».

Azərbaycanlıların kompakt yaşadığı Yor Muğanlı və Keşəli kəndlərində 1000-dən çox ailə yaşayır.

XS
SM
MD
LG