Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Beynəlxalq vərəmlə mübarizə günüdür


İllüstrativ foto

-

Vərəm xəstəliyi hələ də Avropanın bir sıra ölkələrində narahatlıq doğuran səviyyədədir. 24 mart – Beynəlxalq vərəmlə mübarizə günüdür. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin yaydığı hesabata görə, 2014-cü ildə regionda 340 min vərəmə yeni yoluxma halı qeydə alınıb. Onların çoxu Avropanın şərq və mərkəzi hissələrindəndir. Bu, 100 min əhaliyə 37 nəfər deməkdir. Bundan başqa, vərəmdən 33 min nəfər dünyasını dəyişib.

Avropa dərmana-davamlı vərəmə görə dünyada öncül yerlərdən birini tutur. Dünyada 30 belə ölkədən doqquzu bu regiondadır.

Azərbaycan da bu sıradadır. Azərbaycanda hər 100 min nəfərə 78.3 vərəmli xəstə düşür. Ermənistanda bu rəqəm hər 100 min nəfərə 44.6, Gürcüstanda isə 95.4-dür.

XS
SM
MD
LG