Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:01

ABŞ-da ikitərəfli məsləhətləşmələr

Hərbi təlimlər.
Hərbi təlimlər.

-

Martın 23-də Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyi və ABŞ Müdafiə Departamenti arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

«Trend» bu xəbəri Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən yayıb.

Səfirlikdən bildirildiyinə görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Məsləhətləşmələrdə hərbçilərlə yanaşı, ABŞ-ın Azərbaycanda səfiri Robert Сekuta və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da iştirak ediblər.

This item is part of
XS
SM
MD
LG