Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 10:56

Poroshenko yeni hökumət istəyir


Petro Poroshenko

-

Ukrayna Prezidenti Petro Poroshenko parlamenti gələn həftə yeni kabineti təsdiqləməyə, bununla da siyasi böhrana son qoymağa çağırıb.

Korrupsiya ilı mübarizə cəhdləri səbəbindən ölkənin hakim koalisiyası iflas edib. Ancaq baş nazir Arseniy Yatsenyuk istefa verməkdən imtina edir, ötən ay etimad səsverməsindən də çıxıb.

Poroshenko martın 23-də Xarkovda jurnalistlərə deyib ki, “parlament koalisiyasının təqdim etdiyi, baş nazirliyə istənilən namizədi dəstəkləməyə” hazırdır.

“Hökumətin gələn həftənin çərşənbə axşamı təsdiqlənməsinin Ukraynanın maraqları çərçivəsində olduğununu vurğulayıram”, Poroshenko deyib.


Yatsenyuk da martın 23-də siyasi böhranın tezliklə həllini tapacağına ümidini bildirib.

XS
SM
MD
LG