Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 11:56

Savchenko vətəninə verilə bilər


Savchenko

Rusiyanın Ukraynadakı səfiri Mikhael Zubov Kiyevdə keçirilən qapalı iclasda ukraynalı pilot Savchenkonun yaxın vaxtlarda vətəninə veriləcəyini deyib.

Bu barədə martın 23-də “Qrani.ru” saytı adı çəkilməyən mənbəə istinadla xəbər verir.

Həmin mənbənin görüşdə iştirak etdiyi bildirilir.

Onun sözlərinə görə Moskva Nadia Savchenkonu hələ martın əvvəllərində vermək istəyirmiş, amma Kiyevdəki Rusiya səfirliyinə hücuma görə bunu təxirə salıb.

Rusiya məhkəməsi martın 22-də Savchenkonu 22 il azadlıqdan məhrum edib.

O Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda ittiham olunur.

Savchenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

XS
SM
MD
LG