Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Maqsud İbrahimbəyov dəfn edildi


Maqsud İbrahimbəyov
Maqsud İbrahimbəyov

-

Martın 23-də Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib. Vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Şuranın sədri Cəmil Həsənli, mərhumun həmkarları və ictimaiyyət nümayəndələri iştirak edib.

APA-nın xəbərinə görə, mərasimi giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar açıb. O bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib:

«Biz 56 il bundan qabaq Maqsudla tanış olmuşuq. Birlikdə ssenari kurslarını bitirmişik. Amerikadan Çinə qədər səfərlərdə olmuşuq. Maqsud «60-cılar» nəslinin layiqli nümayəndələrində idi. Artıq «60-cılar» nəslinin yarpaq tökümü başlayıb. Bizim xalq istedadlı xalqdır. Yenə yaxşı şairlər, yaxşı yazıçılar yetişəcək. Amma heç vaxt 2-ci Maqsud olmayacaq».

Xalq artisti Azərpaşa Nemət isə bildirib ki, Maqsud İbrahimbəyovun əsərlərinin mərkəzində özü dayanıb: «Bu gün Maqsud danışmasa da, onun ruhu bizi duyur. Mənə elə gəlir ki, Maqsudla vidalaşmırıq, «gələn görüşlərədək», deyirik».

Mərhumun oğlu Murad İbrahimbəyov da çıxış edib və atasının yaradıcılıq uğurlarından danışıb.

Vida mərasimindən sonra mərhumun cənazəsi I Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra martın 22-də 81 yaşında vəfat edib.

XS
SM
MD
LG