Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 17:51

Dəm qazı daha bir can aldı?

Qaz
Qaz

-

Bakıda dəm qazından daha bir nəfərin vəfat etdiyi bildirilir.

APA xəbəri Xətai Rayon Prokurorluğuna istinadən yayıb.

Hadisə rayonun S.Orucov küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb. Göyçay rayon sakini, 31 yaşlı Teymur Əhmədovun dəm qazından zəhərlənərək öldüyü iddia olunur.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda qış aylarında tez-tez dəm qazından ölüm hallarının baş verdiyi bildirilir. KİV-in xəbərlərinə görə, təkcə mart ayında Azərbaycanda 15-ə yaxın şəxs dəm qazından boğularaq ölüb.

This item is part of
XS
SM
MD
LG