Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:04

Azərbaycan terrordan necə qorunur?


Bakıda antiterror təlimləri.
Bakıda antiterror təlimləri.

-

Bayram günlərində qəzetlər nəşr olunmasa da, yerli saytlar bir sıra xəbər və tarixi mövzuda yazılarla öz səhifələrini yeniləyiblər.

TERROR QORXUSU...

musavat.com saytı Brüsseldə baş verən son olaylar fonunda terrordan qorunmaq mövzusunu müzakirəyə çıxarıb:
«Son zamanlar dünyanın bir sıra şəhərlərində terror hadisələrinin törədilməsi hər kəsdə qorxuya səbəb olub. Dünyanın ən güclü ölkələrinin belə, terrordan sığortalanmadığına Fransada, Türkiyədə, Belçikada baş verən və çoxsaylı insan itkisinə səbəb olan partlayışlardan sonra bir daha şahid olduq».

Məqalədə Azərbaycanın terrordan qorunması məsələsi ətrafında ekspert fikirləri təqdim edilir.

Ekspert İlham İsmayıl sayta deyib ki, Bakı Hava Limanında ölkəyə daxil olan şəxslərin üzərində partlayıcı maddə və cinayətdə istifadə oluna biləcək hər hansı əşyanı aşkarlayan cihazlar quraşdırılıb. Amma o, bu cihazların metro stansiyalarına qoyulmasını mümkün saymır: «Çünki o qədər insan axını qarşısında bu cihazlar davam gətirə bilməz».

Ekspertlərdən Ərəstun Oruclu isə deyib ki, son illərdə Bakıda müşahidə kameraları ilə nəzarət intensivləşdirilib, şəhər kifayət qədər qorunur. Ancaq o hesab edir ki, bu tədbirlər terrordan yayınmaq üçün kifayət etmir: «Ən müasir ölkələrdə belə bu imkanlar var. Lakin istənilən məqamda terror hadisəsi baş verir».

Mirzə İbrahimov
Mirzə İbrahimov

MOSKVA MİRZƏ İBRAHİMOVU DİL MƏSƏLƏSİNƏ GÖRƏ NECƏ CƏZALANDIRDI?

azadliq.info saytı isə öz səhifəsində «Moskva Mirzə İbrahimovu dil məsələsinə görə necə cəzalandırdı?» başlığı altında professor Cəmil Həsənlinin məqaləsinə yer verib. Cəmil Həsənli yazır:

«1957-ci ilin payızında dil məsələsi ilə bağlı Mirzə İbrahimovun Azərbaycan Dövlət Universitetinin tələbələri qarşında bir çıxışı Moskvanın səbrini tükəndirən sonuncu hadisə oldu. Həmin vaxt böyük türk şairi Nazim Hikmət Bakıya gəlmişdi və oktyabr ayının 18-də onunla universitetdə görüş keçirilirdi.

Görüşdə Universitetin filologiya fakültəsinin tələbələrindən biri Nazim Hikmətə yazılı sual göndərmişdi ki, «Azərbaycan dilini bilməyən, yaxud bilib bu dildə danışmayan ziyalını necə qiymətləndirmək olar?».

Sovet İttifaqında mühacirət həyatı yaşayan, dövlət təhlükəsizliyi orqanlarının gözlərini və qulaqlarını öz arxasında hiss edən Nazim Hikmət bu sualdan yayındı. Görüşün sonunda çıxış edən Mirzə İbrahimov Nazim Hikmətin yaradıcılığını yüksək qiymətləndirdikdən sonra ona verilmiş cavabsız suala qayıtdı. O, həmin sualı ucadan oxuyaraq, Azərbaycan dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalını sərt şəkildə qınadı».

C.Həsənli yazır ki, həmin sözlər az sonra Mirzə İbrahimova qarşı siyasi ittihama çevrildi. 1958-ci ilin yanvarında onun siyasi səhnədən uzaqlaşdırılmasında həlledici rol oynadı.

Şüvəlanda ev.
Şüvəlanda ev.

«Mərkəzi Komitə bürosunun qərarı ilə 1958-ci ilin martında onun yerinə İlyas Abdullayev Ali Sovetin Rəyasət Heyətinin sədri seçildi»,- deyə Cəmil Həsənli yazır.

QANUN POZULUR, GÖRƏN YOXDUR

«Dörd aydan çoxdur ki, şəxsi tikintilər sahəsində korrupsiya araşdırması göstərdi ki, qanunçuluğun geniş miqyasda pozulmasının arxasında yüksək himayədarlar durur».

Bu fikir şəxsi tikintilər sahəsində araşdırma ilə bağlı contact.az saytındakı «Sadələşdirilmiş korrupsiya quruculuğu-3» adlı məqalədən götürülüb.

Məqalədə hakimiyyətin bütün qollarının- Prezident Administrasiyası, Nazirlər Kabineti, Baş Prokurorluq və Bakı şəhər İcra Hakimiyyətinin qanunvericilik sənədləri ilə istədikləri kimi davranmalarından bəhs edilir:

«Qanunların pozulması ilə bağlı baş nazirə, baş prokurora olan müraciətlərə reaksiyalar göstərdi ki, şəxsi tikintilər üzərində nəzarəti öz əlində cəmləşdirən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun güclü himayədarları var».

Daha sonra məqalədə qeyd edilir ki, Nazirlər Kabineti qanunçuluğun pozulması ilə bağlı bir informasiya sorğusu və ya məktuba belə cavab vermir. Müəllifin düşüncəsinə görə, hökumət orqanları torpaqların qanunsuz olaraq alınıb verilməsi məsələsini aşkara çıxarmaqda maraqlı deyillər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG