Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Bayram günləri yol qəzalarında 5 nəfər ölüb


Kamran Əliyev
Kamran Əliyev

-

Azərbaycanda bayram günlərində baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin «Report»a bildirməsinə görə, bayram günlərində ümumilikdə 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər ölüb.

Kamran Əliyevin deməsinə görə, son üç gün ərzində baş vermiş qəzalarda 45 nəfər yaralanıb.

Şöbə rəisi qeyd edib ki, martın 20-də 10 hadisə olub: «Qəza zamanı 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Martın 21-də 8 hadisə nəticəsində ölən olmasa da, 15 nəfər yaralanıb. Martın 22-də isə 8 hadisə zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb».

XS
SM
MD
LG