Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:47

Məcburi köçkün özünü asıb?


Foto illüstrasiya

-
57 yaşlı Hüseyn Salahovun özünü asdığı güman edilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdam rayonunun «Soltanbut meşəsi» adlanan ərazisində baş verib. Rayonun Şıxlar kəndindən məcburi köçkün düşən, 57 yaşlı Hüseyn Salahovun həyətindəki ağacdan asılmış meyiti tapılıb. Onun meyitini ailə üzvləri görüblər.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ilə bağlı, hələlik, heç nə deyilmir.

Azərbaycan mətbuatında tez-tez intiharlarla bağlı xəbərlər yer alır. Ancaq intiharların rəsmi statistikası aparılmır. Mətbuatdakı araşdırmalara görə, intiharlar daha çox maddi sıxıntılar üzündən baş verir.

XS
SM
MD
LG