Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:09

Əliyev və Qəhrəmanlının ailəsinə baş çəkilib


İntiqam Əliyev
İntiqam Əliyev

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin və «Siyasi Məhbuslarsız Azərbaycan» Alyansının nümayəndələri martın 22-də məhbuslardan İntiqam Əliyev və Fuad Qəhrəmanlının ailəsinə baş çəkiblər. Vətəndaş cəmiyyətinin təmsilçiləri onları Novruz bayramı münasibətilə təbrik ediblər.

Hüquq müdafiəçisi İntiqam Əliyev 2014-cü il aprelin 22-də CM-in 213.1. (xeyli miqdarda vergiləri və ya icbari dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham olunaraq 7 il 6 ay həbs edilib .
«Amnesty International» beynəlxalq-hüquq müdafiə təşkilatı İ.Əliyevi vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. Ona qarşı CM-in 281.1 (dövlət əleyhinə açıq çağırışlar) və (zor tətbiqi və ya zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini ədavətin, düşmənçiliyin salınması) ittihamları irəli sürülüb.

Bundan öncə vətəndaş cəmiyyətinin nümayəndələri hüquq müdafiə təşkilatlarının siyasi məhbus siyahılarında yer alan daha bir çox məhbusun ailəsinə də baş çəkiblər.

XS
SM
MD
LG