Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 21:21

İ.Əliyev M.Hussain-i təbrik edib


Mamnoon Hussain

-

Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Mamnoon Hussain-ə təbrik məktubu göndərib.

AZƏRTAC-ın xəbərinə görə, məktubda M.Hussain-ə ölkənin milli bayramı – Pakistan günü münasibətilə təbrik çatdırılır:

«Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır. İnanıram ki, ölkələrimiz, xalqlarımız arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik»,-deyə məktubda qeyd edilir.

1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasında iki dövlətə - Hindistan və Pakistan dövlətlərinə bölünüb. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradıldığı elan edilib. 1956-cı ilin martın 23-də isə Pakistan Respublikası elan olunub.

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ilk ölkədir.

XS
SM
MD
LG