Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:35

Suriya ordusu Palmiraya yaxınlaşır


Palmira
Palmira

-

Suriyanın qədim Palmira şəhəri ətrafında döyüşlər şiddətlənib. Suriya qüvvələri Rusiya hava zərbələrinin dəstəyi ilə şəhəri «İslam Dövləti» (İŞİD) yaraqlılarından almağa çalışır.

Martın 21-də başlanan döyüşlər şəhərin 4 kilometrliyində gedir.

İŞİD Palmiranı ötən ilin mayında tutub. Palmira UNESCO-nun dünya irsi siyahısına salınan tarixi məkanlardandır.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, İŞİD hökumət qüvvələrinin irəliləməsini önləməyə çalışır, azı 26 hökumətyönlü döyüşçü öldürülüb.

İŞİD-ə bağlı bir vebsayt isə intiharçının 30 əsgəri qətlə yetirdiyini yazıb.

Palmiranın geri alınması Suriya qüvvələrindən ötrü simvolik qələbə sayılardı.

XS
SM
MD
LG