Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 14:21

Edogan:"Terrora boyun əyməyəcəyik"


Tayyip Erdogan

“Bizi heç vaxt terrorla qorxuda bilməyəcəklər”.

Bunu Türkiyə prezidenti Racep Tayyib Erdogan martın 20-da İstanbulda keçirdiyi mətbuat konfransında bir gün əvvəl şəhərdə törədilən terror aktından danışarkən deyib.

O deyib ki, terrorçular heç vaxt bununla məqsədlərinə çata bilməyəcək və bu Türkiyənin qarşısını kəsə bilməyəcək.

Erdogan qeyd edib ki, millətin birliyi və həmrəyliyi sayəsində biz Türkiyəyə terrorla təsir etmək istəyənlərin oyunlarını pozacaq və öz məqsədimizə çatacağıq.

Martın 19-da İstanbulda törədilən partlayışda intiharçı da daxil olmaqla 5 nəfər ölüb, 36 nəfərsə yaralanıb.

Bundan əvvəl Ankarada törədilən partlaışda isə 30-dan çox adam ölüb.

Hakim dairələr bəyan edib ki, bu hücumların arxasında PKK və onunla əlbir olan qruplar durur.

XS
SM
MD
LG