Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

Erdogan derbidən danışdı


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təhlükəsinə görə təxirə salınan “Qalatasaray” – “Fənərbaxça”oyunundan danışıb.

“Goal.com” saytının məlumatına görə, o oyunun başlanmasına bir neçə saat qalmış kəşfiyyat məlumatı aldıqlarını bildirib.

“Ankarada və İstanbulda yaşanaları gördünüz. “Qalatasaray” – “Fənərbaxça” oyunundan əvvəl terror olacağı haqda kəşfiyyat məlumatı aldıq. Əvvəlcə oyunun azarkeşsiz keçirilməsini fikirləşdik. Amma sonra yeni kəşfiyyat məlumatı əldə etdik və hər iki klubun rəhbərliyi ilə danışıqlar aparıldı. Qərara aldıq ki, oyun başqa tarixdə keçirilsin”.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası görüşün yaxın günlərdə keçiriılməsi barədə qərar qəbul edib.

XS
SM
MD
LG