Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:34

Ulyanovsk-Bakı çarter reysi açılır


Ulyanovsk şəhəri
Ulyanovsk şəhəri

-

Aprelin 29-dan Azərbaycanla Rusiya arasında Ulyanovsk-Bakı çarter aviareysi açılır.

«Trend» bu xəbəri Rusiyanın Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyasının prezidenti Yulia Uba-ya istinadən yayıb.

Yulia Uba-nın deməsinə görə, reys mövsümidir, lakin gələcəkdə tələbat olarsa, bu marşrut üzrə uçuşlar daimi həyata keçiriləcək: «İl ərzində AZAL ilə bunu müzakirə etdik, çünki Azərbaycanda çox yaxşı dağ-xizək kurortları da var».

Xanım Y.Uba qeyd edib ki, Ulyanovsk-Bakı aviareysi Azərbaycan və Rusiya arasında ilk çarter reysidir: «Reyslərə biletlər turpaketlə birlikdə və ayrıca satılacaq. Turpaketdən ayrı bilet almaq imkanı, ilk növbədə, Azərbaycanda qohumları olan Ulyanovsk və Rusiyanın yaxın şəhərlərinin sakinləri üçün yaradılıb».

Y.Uba deyib ki, Azərbaycan Turizm Assosiasiyası və Rusiyanın

Ulyanovsk vilayətinin Turizm Sənaye Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb: «Memorandum çərçivəsində azərbaycanlı həmkarlarımızın hazırladığı turpaketlər Rusiyanın turizm bazarında satılacaq».

XS
SM
MD
LG