Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 14:21

İraq  qaz ixracına başlayır


Arxiv fotosu

-

İraq martın 20-də təbii qaz ixracına başlayıb. Bu barədə ölkənin neft naziri Adel Abdel-Mahdi açıqlama verib.

Mahdi facebook səhifəsində yazıb ki, Umm Qasr liman şəhərindən min kubmetrlik qaz vurulmuş tanker yola salınıb.

O, qazın göndərildiyi məkanı və ona görə ödənmiş məbləği açıqlamayıb.

Təbii qazı Basra qaz şirkəti istehsal edib. Bu şirkət İraqın Cənub Gasp Şirkəti, Royal Dutch Shell və Yaponiyanın Mitsubishi Korporasiyasının birgə müəssisəsidir.

Dünyada neftin ucuzlaşması digər neft ölkələri kimi İraqa da ciddi ziyan vurub.

XS
SM
MD
LG