Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 08:55

AI: Türküyə qaçqınlar üçün təhlükəlidir

Makedoniyada qaçqınlar.
Makedoniyada qaçqınlar.

-

Beynəlxalq hüquq müdafiə təşkilatı – «Amnesty International» suriyalı qaçqınların Türkiyəyə göndərilməsinə etiraz edib.

Martın 18-də Brüsseldə Avropa Birliyi ilə Türkiyə arasında əldə olunan razılaşmaya görə, bundan sonra Yunanıstana gələcək qaçqınlar Türkiyəyə qaytarılacaq.

Bunun qarşılığında Avropa Birliyi ölkələri qaçqınları Türkiyədən özləri ölkələrinə dəvət edəcəklər. Həm də Türkiyəyə maliyyə yardımı göstəriləcək.

Bundan başqa, Türkiyənin Avropa Birliyi üzvlük məsələsi də sürətləndiriləcək.

«Amnesty International» bildirir ki, Türküyə qaçqınlar üçün təhlükəsiz yer deyil: «Buna görə qaçqınları geri göndərmək səhv addımdır və qanunsuzdur».

This item is part of
XS
SM
MD
LG